Argentinalı yarımmüdafiəçi Aleksis Makallister milli komandanın kapitanı Lionel Messiyə ehtiyacı olduğunu bildirib.
Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, “Brayton”un futbolçusu Messi haqda bu cür danışıb:
"Messinin millidə bizimlə qalmasını istəyirik. O, bunu bilir. Necə olacağını birlikdə görəcəyik".
24 yaşlı yarımmüdafiəçi “Argentinos Xuniors” və “Boka Xuniors”da da oynayıb.
2019-cu ildən Argentina millisinin şərəfini qoruyan Aleksis bu il millinin heyətində Qətərdə keçirilən dünya çempionatının qalibi olub.