“İnter” müdafiəçisi Milan Skriniara yeni müqavilə təklif edib.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi slovakiyalı futbolçuya ildə 6 milyon avro ödəməyə hazır olduğunu bildirib. Klub məbləği artırmağı düşünmür. “İnter” hazırda futbolçudan cavab gözləyir.
Fransanın PSJ klubu da futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Skriniar bu mövsüm “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb.