“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 19-cu turunun “Bornmut”la matçını (3:0) şərh edib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın növbəti oyunları haqda da fikir bildirib:
“Əla qollar vurduq. Məncə, daha çox qol vurmalıydıq. Qol buraxmadığımız üçün sevinirəm. David de Xea bizi xilas etdi. Növbəti oyunlarda daha ağıllı oynamalıyıq”.
Qeyd edək ki, “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.