"Arsenal" ilk dəfə qol vura bilmədi

12:29 4 Yanvar 2023

“Arsenal” İngiltərə Premyer Liqasının 19-cu turunda “Nyukasl”la qarşılaşıb (0:0).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda Mikel Artetanın komandası cari mövsümdə ilk dəfə rəqib qapısına yol tapa bilməyib.

 

“Topçular” bundan əvvəlki oyunların hamısında azı 1 qol vurublar.

 

Qeyd edək ki, “Arsenal” hazırda 44 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti