“Everton”un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 19-cu turunun “Brayton”la görüşündən sonra (1:4) açıqlama verib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, son yarım saatın çətin keçdiyini bildirib:
“Altı dəqiqəyə üç qol buraxdıqdan sonra oyun artıq bitmişdi. Səhvlər etdik və rəqib qollar vurdu. Bu, bizi əsəbiləşdirdi. Topla kifayət qədər dəqiq və sürətli oynamadıq. “Brayton” üçuncü qolu vurduqda oyun bitdi. Son yarım saat azarkeşlər də daxil olmaqla, hamı üçün çətin keçdi.
Paltardəyişmə otağında nələrin baş verdiyini deməyəcəm. Biz səhvlərdən nəticə çıxarmalıyıq. Bir neçə gün sonra “Mançester Yunayted”lə oyunumuz var”.
“Everton” 15 xalla turnir cədvəlinin 6-cı, “Brayton” isə 27 xalla 8-ci pilləsində qərarlaşıb.