“Real” “Liverpul”un futbolçusu İbrahima Konate ilə maraqlanır.
Sportarena.az “MediaFoot”-a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti fransalı futbolçunun DÇ-2022-dəki çıxışına heyran olub. O, 23 yaşlı müdafiəçini “kral klubu”nda görmək istəyir.
Konate 2021-ci ilin iyulundan “Liverpul”da çıxış edir. Futbolçu 2022/23 mövsümündə “Liverpul”un heyətində bütün turnirlər daxil olmaqla, 4 oyuna çıxıb.
O, Fransa millisinin heyətində DÇ-2022-də 5 oyun keçirib.