Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Faruk Hadzibeqiç çalışdıracaq. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 65 yaşlı mütəxəssislə Avro-2024-ün seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb..
.Faruk Hadzibeqiç son olaraq Əlcəzair seçməsinə rəhbərlik edib. Bosniyalı çalışdırıcı ölkəsinin milli komandasının baş məşqçisi postunda İvaylo Petevi əvəz edib.