Fransanın PSJ klubu Neymarla yollarını ayırmağı planlaşdırır.
Sportarena.az xəbər verir ki, Lionel Messi və Kilian Mbappe ilə yola davam etmək istəyən Paris təmsilçisi braziliyalı hücumçunu satacaq.
PSJ illik 40 milyon avro maaş alan ulduz futbolçunu satıb maaş büdcəsinə qənaət etmək istəyir. Liqa 1 təmsilçisi 30 yaşlı oyunçuya 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Ulduz futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.