Ötən axşam İngiltərə Premyer Liqasının 19-cu turunda “Bornmut”u (3:0) məğlub edən “Mançester Yunayted” qələbələri sıralayır.
Sportarena.az xəbər verir ki, bütün turnirlərdə ardıcıl altıncı qələbəsini qazanan Erik ten Haqın komandası son 5 ilin ən böyük uğuruna imza atıb.
Mançester təmsilçisi sonuncu dəfə 2017-ci ildə Joze Mourinyonun rəhbərliyi altında oxşar seriyanı reallaşdırmışdı.
“Bornmut”a qollardan birini Markus Raşford vurub. O, ardıcıl dördüncü matçda rəqiblərin qapısına zərbə endirib. Bu isə onun karyerasında ilk olub.