Robert Levandovski "Atletiko", "Xetafe" və "Jirona"ya qarşı oynamayacaq.
Sportarena.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" hücumçunun cəzalandırılmasına razılaşıb.
Kataloniya təmsilçisi bu qərara etiraz etməyib.
Polşalı forvard "Osasuna" ilə görüşdə (2:1) meydandan qovulmuşdu.
Belədə, o, Primeroda "Atletiko" (8 yanvar), "Xetafe" (22 yanvar) və "Jirona" (29 yanvar) ilə görüşləri buraxmaq məcburiyyətində qalıb.