“Bizi qarşıda daha yaxşı günlər gözləyir” – Şou

12:21 5 Yanvar 2023

“Mançester Yunayted”in futbolçusu Luk Şou İngiltərə Premyer Liqasının 19-cu turunun “Bornmut”la matçından sonra (3:0) fikirlərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı qapıçı David de Xeanın çıxışını dəyərləndirib:

“Bu, həqiqətən, yaxşı nəticədir. Bəzən səhvlər etdik, amma de Xea əla idi. O, qapını toxunulmaz saxlamaq və vacib üç xal qazanmaq üçün yaxşı qurtarışlar etdi.

Sol cinah müdafiəçisi mövqeyində oynadığım üçün xoşbəxtəm.

Komandamızda çox şey təkmilləşməlidir. Lakin hazırda hər şey yaxşı görünür. Komandada özünəinam hissi geri qayıdır. Bizi qarşıda daha yaxşı günlər gözləyir. Azarkeşlərin üzünü güldürməyə davam edəcəyik”.

 

Hazırda “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti