Niderlandlı müdafiəçi Deyli Blind “Bayern”ə keçəcək.
Sportrarena.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Blind müqaviləni imzalamaq üçün bu gün səhər tezdən – yanvarın 5-də Amsterdam hava limanından Almaniyaya uçub. 32 yaşlı müdafiəçi Münhen klubuna keçmək üçün tibbi müayinədən keçəcək.
Daha əvvəl “Ajaks”la müqaviləsini ləğv edən Blind, ən azı 2023-cü ilin sentyabrına qədər Qətərdə keçirilən dünya çempionatında zədələnən “Bayern”in müdafiəçisi Lukas Hernandesin əvəzləyicisi ola bilər.
Blind bu mövsüm “Ayaks”ın heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Əvvəllər o, “Mançester Yunayted”in formasını geyinib.