"Mançester Yunayted" "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliksi heyətinə qatmaq istəyir.
Sportarena.az "Relevo"ya istinadən xəbər verir ki, ingilislər portuqaliyalını satınalma şərti olmadan mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Bunun üçün isə 4 milyon avro təklif edəcək.
"Atletiko"da qalmaq istəməyən Feliksin hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq.