Səkkiz çəki kateqoriyasının hər birində çempionluq kəməri qazanmaqla dünya rekorduna imza atan filippinli boksçu Menni Pakyao karyerasını bərpa edəcək.
Sportarena.az xəbər verir ki, bunu 44 yaşlı idmançının nümayəndəsi açıqlayıb.
Bildirilib ki, Menni boksdan getdikdən sonra məşqlərinə fasilə verməyib və hazırda əla formadadır. O, rinqlərə qayıtmaq üçün böyük dəvət gözləyir.
Qeyd edək ki, Menni Pakyao 2021-ci ilin sentyabrında karyerasını bitirdiyini açıqlayıb. Səkkiz çəki dərəcəsində dünya çempionluğunu əldə edən yeganə boksçu kimi tarixə düşən Pakyaonun peşəkar karyerasında 62 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 2 heç-heçə var.