"Monako"da ayrılıq

20:58 5 Yanvar 2023

“Monako” hücumçusu Entoni Musabanı Niderlandın “Neymegen” klubuna icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

 

Niderlanddan olan 22 yaşlı forvard 2023-cü ilin 30 iyununa kimi öz ölkəsində çıxış edəcək.

 

Musabanı daha öncə “Brügge” və “Herenven”ə də icarəyə verilib. “Neymegen”in yetirməsi olan futbolçu 2020-ci ildə “Monako”ya transfer edilsə də, bu komandada möhkəmlənə bilməyib.


Digər xəbərlər

Xəbər xətti