“Neftçi” PFK təlim-məşq toplanışına start verib.
Sportarena.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb.
Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. 3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.