“Belə oyunlar bizə çox şey öyrədir” – Arauxo

22:53 5 Yanvar 2023

“Barselona”nın müdafiəçisi Ronald Arauxo İspaniya kubokunun 1/16 final mərhələsinin “İntersiti” ilə matçından sonra (4:3) fikirlərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbə qazandıqları üçün şad olduğunu deyib:

“Kubok oyunları heç vaxt asan olmur. Hətta böyük komandalar da qalib gəlmək üçün sona qədər mübarizə aparırlar, oyunlar çox vaxt əlavə vaxta qədər uzanır. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün şadam. Belə oyunlar bizə çox şey öyrədir”.


Xəbər xətti