“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdıracağını istisna etmir.
Sportarena.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, nə vaxtsa Almaniya yığmasının baş məşqçisi ola biləcəyini deyib:
“Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum. Ancaq bunun üçün işləmək lazımdır. “Liverpul”dan ayrılsam, bir il heç nə etməyəcəm”.
Klopp 2015-ci ildən “Liverpul”da çalışır. Buna qədər almaniyalı mütəxəssis “Borussiya”da (Dortmund) və “Maynts”da işləyib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Almaniya millisinin hazırkı baş məşqçisi Hans-Diter Flikdir. Almanlar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilməyib.