Kriştiano Ronaldonun “Əl Nəsr”dəki təqdimatı böyük izdihamla yadda qalıb.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hücumçunun ərəb klubunda ilk dəfə görüntülənməsi dünya çempionatının finalından daha çox izləyici toplayıb.
Belə ki, təqdimat mərasimi 40 kanal vasitəsilə 3 milyarda yaxın tamaşaçıya ötürülüb.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” ilə 2,5 illik müqavilə bağlayıb.