Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki. turun son oyun günündə "Trabzonspor" doğma meydanda "Giresunspor"u qəbul edib.
Qara Dəniz derbisi Abdulla Avcının yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 29-a yüksəldən "Trabzonspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Giresunspor" isə 19 xalla 11-ci yerdədir.
"Trabzonspor" 3:0 "Giresunspor" (yekun)
1:0 Riyad Bayiç 30 (avtoqol)
2:0 Maksi Qomes, 69
3:0 Doğucan Haspolat,, 75