Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Dandi Yunayted"in futbolçusu Aziz Behiçdir. "Sarı qırmızılar" 32 yaşlı sol cinah müdafiəçisi üçün Şotlandiya klubuna 400 min avroluq təklif göndərib.
Aziz Behiç "Dandi Yunayted"ə mövsümün əvvəlində "Giresunspor"dan keçib. Avstraliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.