İtaliya millisinin keçmiş futbolçusu Canluka Vialli vəfat edib.
Sportarena.az xəbər verir ki, “Çelsi” və “Yuventus”un sabiq hücumçusu 58 yaşında ölüb.
Viallinin ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub. O, uzun müddət xərçənglə mübarizə aparsa da, Yeni il bayramı ərəfəsində vəziyyəti pisləşib. Keçmiş futbolçu ömrünün son günlərini xəstəxanada keçirib.
Vialli 1985-1992-ci illərdə İtaliya millisinin heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb.