Bakı bulvarında avarçəkənlərin yarışı keçiriləcək

17:29 6 Yanvar 2023

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Xəzərdə test yürüşlərini uğurla başa vuran federasiya yanvarın 7-də, saat 12-də avarçəkənlərin təlim qayıqlarında yarışlarını təşkil edəcək. Tədbir “MİLAN EXPO“nun qarşısında baş tutacaq.

 

Tədbir zamanı Bakıda sakinlərlə baş tutacaq ilk səyyar görüşün dəqiq tarixi və məkanı da açıqlanacaq.
 

Xatırladaq ki, bu cür səyyar görüşlər Azərbaycanın bütün bölgələri üçün nəzərdə tutulub. Burada əsas məqsəd ölkə ərazisində avarçəkmənin populyarlaşdırılması və kütləviliyin təmin olunmasıdır.


Digər xəbərlər

Xəbər xətti