Bu ölkə stadiona Pelenin adını verəcək

19:36 6 Yanvar 2023

Kolumbiya FİFA prezidenti Canni İnfantinonun üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi təklifinə cavab verib.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın cənub departamentinin qubernatoru Meta Xuan Gilyermo Zuluaqin açıqlamasında deyib:

“Biz FİFA-nın təşəbbüsünü dəstəkləyirik. Gənc nəsil dünya futbolunun bu ikonasının kim olduğunu bilməlidir”.

 

Pelenin şərəfinə Vilyavitensio şəhərindəki stadionun adı dəyişdiriləcək. 1958-ci ildə istifadəyə verilən arena 15 min tamaşaçı tuta bilir.

 

Pele 2022-ci il dekabrın 29-da, 82 yaşında yoğun bağırsaq xərçəngindən yaranan fəsadlar səbəbindən vəfat edib.


Digər xəbərlər

Xəbər xətti