Çempionatın ikinci hissəsinə hazırlaşan “Kəpəz” Gəncədəki məşqləri başa vurub.
Sportarena.az xəbər verir ki, futbolçulara bir günlük istirahət verilib.
“Sarı-göylər” təlim-məşq toplanışı üçün sabah səhər saatlarında Türkiyəyə gedəcəklər. Kollektiv Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanacaq. “Kəpəz” Bələkdə “Limak Atlantis” otelində qalacaq. Qardaş ölkədə olduğu müddətdə komanda üç yoxlama oyunu da keçirəcək.