Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının yarımmüdafiəçisi Mislav Orşiç İngiltərənin “Sauthempton” klubuna keçib.
Sportarena.az Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. “Sauthempton” bu transferə görə Zaqreb təmsilçisinə 6.8 milyon avro ödəyib.
Qeyd edək ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli də Zaqreb “Dinamo”sunun formasını geyinir. Orşiçin gedişindən sonra 25 yaşlı futbolçunun əsas heyətdə daha çox meydana çıxacağı gözlənilir. Çünki onların hər ikisi sağ cinah vingeri mövqeyində çıxış edir.