Sabiq fransalı futbolçu Tyerri Anri Belçika millisinin baş məşqçisi olmaq istəyir.
Sportarena.az xəbər verir ki, bu barədə Belçikanın HLN nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Anri artıq bu istəyi ilə bağlı Belçika Futbol Federasiyasının rəhbərliyini məlumatlandırıb. Fransalı mütəxəssis bunu rəsmi olmadan, şəxsi söhbətində edib.
Anri əvvəllər Belçika millisində sabiq baş məşqçi Roberto Martinesin köməkçisi kimi çalışıb.
Anri klub səviyyəsində Fransada “Monako” və MLS-də “Monreal”da baş məşqçi kimi çalışıb.