"İnter" futbolçusu ilə müqavilə uzatmaq istəyir

09:33 7 Yanvar 2023

“İnter” hücumçusu Edin Dzeko ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu bosniyalıya 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə təklif edir.

 

36 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

 

Dzeko bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti