"Nyukasl" "Lester" və İngiltərə millisinin yarımmüdafiəçisi Ceyms Meddisonu heyətinə qatmaq istəyir.
Sportarena.az "Kicker"ə istinadən xəbər verir ki, “sağsağanlar” Maddisonun transferi üçün 55 milyon avro təklif edib. Amma "tülkülər" bundan imtina edib.
26 yaşlı ingilis futbolçunun “Lester”lə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
“Koventri”, “Norviç”, “Aberdin”də oynamış yarımmüdafiəçi 2018-ci ildən “Lester”də çıxış edir.