“Roma” “Renn”in müdafiəçisi Amari Traore ilə maraqlanır.
Sportarena.az GFFN-ə istinadən xəbər verir ki, Roma klubunun baş məşqçisi Joze Mourinyo təcrübəli futbolçu ilə müdafiə xəttini gücləndirmək istəyir.
Traore 2017-ci ildən “Renn”də çıxış edir. 30 yaşlı malili futbolçunun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Traore 2022/23 mövsümündə “Renn”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.