“Mançester Yunayted” İngiltərə kubokunun 1/32 finalında “Everton”u məbluğ edib (3:1).
Sportarena.az xəbər verir ki, oyun Mançester şəhərindəki “Old Trafford” stadionunda keçirilib.
“Qırmızı şeytanlar”ın qollarını Antoni və Markus Reşford vurub. “Everton”un futbolçusu Konar Koadi həm öz qapısına, həm də rəqib qapısına yol tapmaqla yadda qalıb.
“Mançester Yunayted”in 1/16 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.