PSJ Fransa kubokunun 1/32 final mərhələsində “Şatoru”nu məğlub edib (3:1).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüşdə start heyətdə meydana çıxan Uorren Zair-Emeri PSJ-nin rəsmi matçlarda oynayan ən gənc futbolçusu olub.
Fransalı gənc oyunçu PSJ-nin keçmiş üzvü Mamadu Sakonun rekordunu qırıb (17 il 1 gün).