Reşford "Mançester Yunayted" tarixinə düşüdü

13:13 7 Yanvar 2023

“Mançester Yunayted” İngiltərə kubokunun 1/32 finalında “Everton”u məbluğ edib (3:1).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matçda fərqlənən Markus Reşford “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Ueyn Runinin tarixi rekordunu təkrarlayıb.

 

O, 2012-ci ilin aprelindən sonra ardıcıl 7 ev oyununda qol vuran ilk “Mançester Yunayted” futbolçusu olub. Öncədən Runi bu uğura imza atmışdı.

 

25 yaşlı Reşford bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti