Petrjela 18 milyon avro uduzdu

15:52 7 Yanvar 2023

“Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela kazinoda 18 milyon avro uduzub.

 

Sportarena.az xəbər verir ki, bu barədə çexiyalı mütəxəssisin özü məlumat verib. O, qumara aludəçiliyi səbəbindən klinikada müalicə olunur:

“Bəli, mən hesabladım ki, “ruletka”da nə qədər uduzmuşam. Bu, ağlasığmaz rəqəmlərdir. Hamısını üst-üstə gəlsək, hardasa yarım milyard Çexiya kronu (təxminən 18 milyon avro) edir. Xəstəxanaya müraciət etməmişdən əvvəlki ay mənim üçün çox kritik idi. Kazinoya çox aludə olmuşdum, qalan hər şey mənim üçün maraqsız idi. Bilmirdim ki, nə edim, ona görə də, həkimlərə üz tutdum. İndi özümü yaxşı hiss edirəm, ümid edirəm ki, tam sağalacam”.

 

Qeyd edək ki, Petrjela 2007/08 mövsümündə “Neftçi”ni çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti