“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun 1/32 final mərhələsinin “Everton”la matçından sonra (3:1) açıqlama verib.
Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin kuboklar uğrunda mübarizə apardığını deyib:
“Everton” yaxşı oynadı, cəsarətli mübarizə apardılar. Biz isə qələbə qazandıq. Mən xoşbəxtəm, çünki komandamda hər şey yaxşıdır. “Mançester Yunayted” kuboklar uğrunda mübarizə aparır. Bizə titullar lazımdır. Növbəti matçları düşünürük. İşləmək və inkişaf etmək zamanıdır”.
“Mançester Yunayted”in İngiltərə kubokunun 1/16 finalındakı rəqibi püşkatma nəticəsində məlum olacaq.