"Barselona" "Bayern"in futbolçusunu istəyir

15:24 7 Yanvar 2023

“Bayern”in futbolçusu Benjamin Pavar karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az “Kicker”-ə istinadən xəbər verir ki, “Barselona” bunun üçün futbolçunun agenti ilə danışıqlara başlayıb.

 

Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. Fransalı müdafiəçinin klubla müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.

 

O, bu mövsüm Münhen təmsilçisinin heyətində Almaniya Bundesliqasında 13 oyuna çıxıb və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti