Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı oyun qurucusunun adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ilin ən yaxşı pleymeykeri elan edilib.
Messi beşinci dəfə bu adı qazanıb (2015, 2016, 2017, 2019, 2022). Cənubi amerikalı futbolçu 170 xal toplayaraq, “Mançester Siti”nin və Belçika yığmasının üzvü Kevin de Bruyneni (130 xal), “Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçi (115 xal) qabaqlayıb.
Messi Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu adına sahib olub.
Messi DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.