2022-ci ilin bir oyunda ən çox qol vuran futbolçusu

20:59 7 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin bir oyunda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Argentina millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Xulian Alvares 2022-ci ilin bir oyunda ən çox qol vuran futbolçusu olub.

 

Lakin o, bunu “Mançester Siti”də yox, bu kluba transfer olunduğu “River Pleyt”də gerçəkləşdirib. Argentinalı hücumçu Libertadores kuboku çərçivəsində baş tutan “Alyansa Lima” ilə oyunda 6 qol vurmağa nail olub. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbəyə sevinib.

 

Xatırladaq ki, Xulian Alvares yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.

 

Bir oyunda ən çox fərqlənən futbolçuların siyahısında 5 qol vuran 14 futbolçu var. 



Digər xəbərlər

Xəbər xətti