“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə kubokunun 1/32 final mərhələsinin “Everton”la görüşündən sonra (3:1) fikirlərini bildirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu turnirin əhəmiyyətli olduğunu vurğulayıb:
“İngiltərə kuboku vacib turnirdir. Burada yaxşı çıxış etmək həmişə xoşdur. Komandanın daha da çox uğur qazanması sevindirici haldır. Uğurlu seriyanı davam etdirməliyik. Məqsədimiz kubok qazanmaqdır”.
25 yaşlı Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.