“Mən özümü möhtəşəm işlər görən insan hesab edirəm" - Ançelotti

11:05 8 Yanvar 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqa təmsilçisindəki işi barədə açıqlama verib.

 

Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, özünü “möhtəşəm işlər görən insan” adlandırıb:

“Mən özümü möhtəşəm işlər görən insan hesab edirəm. Bəzən uğur qazanıram, bəzən bunu bacarmıram. Dünyanın ən yaxşı klubunda olmaq mənə qismət olub”.

 

Ançelotti “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda da danışıb:

“Qvardiola əla məşqçidir. O, futbola yeni və maraqlı şeylər gətirib. Pep uğur qazanmağa davam edir”.

 

“Real” və “Mançester Siti” ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşıb. İki matçın ümumi nəticəsinə əsasən, “kral klubu” finala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti