Kamerunlu futbolçu Modest Mbami vəfat edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin sabiq yarımmüdafiəçisi 40 yaşında ölüb.
Onun infarkt nəticəsində öldüyü bildirilir.
Mbami 2003-2006-cı illərdə PSJ-də çıxış edib və komanda ilə 2 dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Le Havre” və “Marsel”, İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatay”, Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da oynayıb.