“Qarabağ” ulduz futbolçunu transfer edir?

18:40 8 Yanvar 2023

“Qarabağ” “Şanqai Port”ın yarımmüdafiəçisi Oskar ilə maraqlanır. 31 yaşlı braziliyalı karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Xəbərdə ağdamlıların Oskarı mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir.

 

“Çelsi”dən tanıdığımız braziliyalı yarımmüdafiəçinin “Şanqai Port”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunur. Oskarın klubla müqaviləsi 2024-cü ilin noyabr ayına qədərdir. O, bu mövsüm cəmi bir dəfə kubok oyununda meydana çıxıb və bir qol vurub.


Digər xəbərlər

Xəbər xətti