“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 16-cı turunun “Atletiko” ilə oyunundan gözləntilərini bölüşüb.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, o, Madridin “Vanda Metropolitano” stadionunda çətin oyun olacağını deyib:
“Hər həftə oyuna çıxırıq. Hər oyun vacibdir. “Atletiko” ilə oyun həlledici olmasa da, turnir cədvəlinə təsir göstərəcək. Müdafiədə güclü olan komanda ilə oynayacağıq. Çətin səfər matçı olacaq.
Komandamdan yaxşı oyun gözləyirəm. Rəqib çox vaxt 5-3-2 və ya 4-4-2 taktiki sxemindən istifadə edir. Nəyin bahasına olursa-olsun, əlimizdə olan imkanları maksimum dəyərləndirməliyik”.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində liderdir (38 xal). “Atletiko” isə 27 xalla 4-cü pillədə qərarlaşıb.