Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Atalanta"dan Ruslan Malinovskini transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Ukraynalı yarımmüdafiəçi sabah Marselə gedərək tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək. "Marsel" bu transfer üçün İtaliya klubuna 10 milyon avro ödəyəcək.