“Şamaxı” da Antalyaya yola düşdü

21:12 8 Yanvar 2023

“Şamaxı” qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

 

Sportarena.az xəbər verir ki, 11 gün “Kamelya Selin” otelində məskunlaşacaq komanda bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

 

11 yanvarda Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq “Şamaxı” toplanışın son matçında yanvarın 18-də Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti