Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl Nəsr"ə keçdikdən sonra bir ay Ər-Riyaddakı 99 mərtəbəli "Kingdom Tower"də qalacaq.
Sportarena.az "publika.az"a istinadən xəbər verir ki, Kriştiano Ronaldo, ailəsi, dostları və təhlükəsizlik işçiləri dəbdəbəli oteldə 17 otaq tutublar. Kriştianonun otağı futbolçunun İngiltərədə yaşadığı əksər mənzillərdən böyükdür.
Qeyd edək ki, Ronaldo “Əl Nəsr”lə 2 illik müqaviləyə imza atıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.