“Brest” transfer pəncərəsində fəallıq edir

09:44 9 Yanvar 2023

“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubunun mərkəz müdafiəçisi Jere Uroneni icarəyə götürüb.

 

Finlandiyadan olan 28 yaşlı futbolçunun bu mövsümün sonunadək Bundesliqa təmsilçisinin uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Müqavilədə satınalma ilə də bağlı şərt var.

 

Uronen 2021-ci ilin iyul ayından “Brest”də idi. Finlandiya millisinin üzvü TPS, AİFK, “Helsinqborq” və “Genk”də də forma geyinib.

 

Qeyd edək ki, “Brest” qapıçısı Qotye Larsonneni də “Sent Etyen” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən 1.6 milyon avro qazanc əldə edib. Larsonne yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Brest”in öz yetirməsi olan 25 yaşlı futbolçu “Valensyen”də icarədə də olub.


Digər xəbərlər

Xəbər xətti