“Turan Tovuz” gürcüstanlı hücumçu İmeda Aşortiya ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya xidmətinə görə təşəkkür edilib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulanıb.
Aşortiya bu mövsümün əvvəlindən Tovuz təmsilçisinin uğurları üçün çalışırdı.