“Kubada qalsaydım, ən güclü üç boksçu sırasında yer alardım, bəlkə də, bir nömrə olardım”.
Sportarena.az xəbər verir ki, bunu “report”a müsahibəsində Azərbaycan millisinin Kuba əsilli boksçusu Alfonso Dominges deyib.
2018-ci ildən Azərbaycan yığmasının şərəfini qoruyan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu ölkəsində bütün boksçuların güclü olduğunu bildirib:
“Kubada hər çəkidə ilk beş boksçu, demək olar ki, eyni səviyyədədir. Onları ayırd eləmək olmur. Ancaq dünya çempionatında Kubanın 86 kq çəki dərəcəsindəki ən güclü boksçusuna yarımfinalda qalib gəlmişdim"