Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.
O, 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yerdə Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal), üçüncü yerdə isə Mərakeşin “sükanı arxasında olan” Valid Reqraqi qərarlaşıb.
Beləliklə, tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlüyə düşə bilib.
Lionel Skaloni DÇ-2022-də Argentina yığmasına dünya çempionluğunu qazandırıb.
Yer
Baş məşqçi
Komanda
Xal
1
Lionel Skaloni
Argentina
240
2
Didye Deşam
Fransa
45
3
Valid Reqraqi
Mərakeş
30
4
Zlatko Daliç
Xorvatiya
20
5
Hajime Moriyasu
Yaponiya
15
6
Lui Van Qal
Niderland
10
7
Qreqq Berhalter
ABŞ
10
8
Herve Renar
Səudiyyə Ərəbistanı
5
9
Tite
Braziliya
5
10
Paulu Bentu
Cənubi Koreya
5